Fazil Məmmədovun da həbsi gündəmə gəlir
Sabiq vergilər naziri Fazil Məmmədov üçün həbs təhlükəsi reallaşıb.
YeniAvropa xəbər verir ki, Fazil Məmmədova yaxınlığı ilə seçilən şəxslərin təhqiqatlara məruz qalması sabiq nazir üçün böyük başağrısına çevrilib.
Söhbət Londonda gizlənərək, Azərbaycanda hüquq-mühafizə orqanlarının suallarından yayınacağını düşünən Qafar Qurbanovun qaranlıq əməllərindən gedir.
Məlumat üçün bildirək ki, onun adı sabiq vergilər naziri Fazil Məmmədovun pullarını ofşorlara daşımaqda hallanır.
Bu işdə isə onun əsas yardımçılarından biri Səbinə Şükürovadır(indiki soyadı Sabina Derdiyok). Səbinə Şükürova Qafar Qurbanovun köməkçisi olmaqla yanaşı "Ataholdinq”in əməkdaşı olub. Qafar Qurbanov Azərbaycana gəlmədiyincə Səbinə Şükürova ilə bağlı da suallar yaranıb. Hazırda isə bu işlə bağlı Fazil Məmmədova bağlılığı şübhə doğurmayan "Atabank”ın rəhbərliyi və şöbə müdirlərinin təhqiqatı başa çatıb.
"Atabank”ın bağlanmasından sonra buradakı pulların müəmmalı şəkildə "yoxa çıxması” xüsusilə diqqət çəkir və bu işdə də əslən Şəmkirin Dəllərcəyir kəndindən olan Qafar Qurbanovun adı hallanır.
Qafar Qurbanovun ətrafında təhlükəli dairənin getdikcə daralması isə sabiq vergilər naziri Fazil Məmmədov üçün heç də xoş perspektiv vəd etmir. Belə ki, Qafar Qurbanov Fazil Məmmədovun ən etibarlı adamı olmaqla, onun "sirr boxçası” kimi tanınıb. Qafar Qurbanovun qardaşı Samir Qurbanov isə Fazil Məmmədovun şəxsi mühafizəsinə rəhbərlik edib..
Qafar Qurbanov eyni zamanda "Atabank" Müşahidə Şurasının üzvü olub. Onun hələ nazirin köməkçisi olduğu zamanlardan tez-tez Londona səfərləri baş verirdi.
Dünən Qafar Qurbanova aid olan 90 AA 041 dövlət nömrə nişanlı "Range Rover" Fazil Məmmədovun evi və ofisinin olduğu "Yeni Həyat" Kompeksində görünməsi Qafar Qurbanovun istintaq üçün Azərbaycana gətirildiyi versiyasını gücləndirir.
Bu gün isə Fazil Məmmədovun digər yaxın adamı və qohumu, Şəmkirin icra başçısı olan Alimpaşa Məmmədovun həbsi Fazil Məmmədovla bağlı halqanın daraldığını göstərir.
Araşdırmamız davam edəcək./Sfera.az
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb