logo

Koronavirusa yoluxan xalq artisti Arif Quliyevin vəziyyəti ağırdır

10:46 26-04-2021 | icon 1862
Koronavirusa yoluxan xalq artisti Arif Quliyevin vəziyyəti ağırdır

Xalq artisti Arif Quliyev koronavirusa infeksiyasına yoluxub.

YeniAvropa xəbər verir ki, bu barədə oğlu Rövşən Quliyev sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd edib ki, atası bir müddət əvvəl "COVİD-19"a yoluxub. Evdə müalicə alsa da xeyri olmayıb. Vəziyyəti ağırlaşdığından iki gün əvvəl "Yeni klinika”ya yerləşdirilib.

"Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”,-deyə xalq artistinin oğlu narahatlığını ifadə edib.