TƏBİB Kəmaləddin Heydərovu yalançı çıxardı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB) fövqəladə hallar naziri Kəmaləddin Heydərovun FHN-in Zığ qəsəbəsindəki Modul Tipli Hospitalının həbs olunan baş həkimi İmran Ağayev və digər əməkdaşlarının TƏBİB-lə müqavilə əsasında işləməsiylə bağlı mətbuata verdiyi açıqlamaya cavab verib.
YeniAvropa xəbər verir ki, TƏBİB-in yaydığı açıqlamada bildirilir:
“TƏBİB ilə Fövqəladə Hallar Nazirliyi və ya onun xəstəxanası arasında hər hansı müqavilə bağlanmayıb. Hospital FHN-nin Tibb Xidməti nəzdində fəaliyyət göstərir və TƏBİB tərəfindən həmin hospitalın baş həkim və əməkdaşlarının fəaliyyətinə bu və ya digər formada müdaxilə və ya nəzarətdən söhbət gedə bilməz”.
Qeyd edilib ki, TƏBİB olaraq dəfələrlə ictimaiyyətə hər hansı neqativ hallarla rastlaşdıqda hüquq mühafizə orqanlarına məlumat vermələri barədə müraciət ediblər:
“Bundan başqa, fəaliyyətində nöqsanlara yol verən tibb işçilərinin ifşası istiqamətində tərəfimizdən də indiyədək müəyyən tədbirlər görülüb. Nöqsanlara yol verən, qanunsuz əməllərlə məşğul olanlar tutduğu vəzifədən uzaqlaşdırılıb, bir çox tibb müəssisəsinin rəhbəri dəyişdirilib.
Bundan sonra da TƏBİB tərəfindən bu istiqamətdə ciddi mübarizə aparılacaq, kimliyindən asılı olmayaraq neqativ hallara yol verən şəxslərə qarşı hüquq-mühafizə orqanları ilə birlikdə müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, ötən gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirib. Nazir qeyd edib ki, İmran Ağayev FHN-in işçisi deyil. Həbs edilən baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb