Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr islahatları davam edir.
YeniAvropa xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə "Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev vəzifəsindən azad olunub.
Xatırladaq ki, bundan bir müddət əvvəl nazir Rəşad Nəbiyevin əmri ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin baş direktoru Cümşüd Bağırov vəzifəsindən azad olunub.
İşdən çıxarılan Cümşüd Bağırov sabiq nəqliyyat rabitə və yüksək texnologiyalar naziri, hazırda isə prezidentin işlər müdiri vəzifəsində çalışan Ramin Quluzadənin qaynı idi.