logo

İcra başçısı qardaşına yas mərasimi keçirən vəzifəli şəxsi işdən çıxardı

20:20 20-04-2021 | icon 2163
İcra başçısı qardaşına yas mərasimi keçirən vəzifəli şəxsi işdən çıxardı

Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qardaşına yas mərasimi keçirən nümayəndəsini işdən çıxarıb.

YeniAvropa xəbər verir ki, Ş.Məmmədovun əmri ilə, Masallı şəhər İcra nümayəndəsi Kamal Mazanov tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, bir müddət öncə sabiq icra nümayəndəsinin qardaşının yas mərasimi keçirilib.DİN-nin əməkdaşları tərəfindən yas mərasimini təşkil edən və orada iştirak edən şəxslər barəsində karantin rejiminin tələblərini pozduğu üçün  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Toplanmış material baxılması üçün Masallı rayon Məhkəməsinə göndərib.