Paytaxt sakininin idarə etdiyi avtomobildəki sərnişindən 4 kiloqramdan çox tiryək aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, aprelin 17-də Hacıqabul rayonu ərazisində yerləşən YPX-nin stasionar postunda Bakı şəhər sakini X.Nadirovun idarə etdiyi “Opel” markalı avtomobil saxlanılıb və sərnişini - Hacıqabul şəhər sakini R.İbrahimovla birgə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon Polis Şöbəsinə təhvil veriliblər.
Avtomobilə baxış zamanı oradan R.İbrahimova məxsus 4 kiloqram 180 qram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.