Azərbaycanın xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev bu gün səhər vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Səksən yaşlı sənətkarın harada dəfn olunacağı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, E.Quliyev yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, fevralın 23-ü evə buraxılmışdı. Lakin vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.