Biləcəri dəmir yolu stansiyasında keçmiş məhkumun üzərindən silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Biləcəri dəmir yolu stansiyasının ərazisində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərovdan Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Makarov” tipli tapança, 1 ədəd patron sandığı və 6 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.