logo

Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi

16:08 12-04-2021 | icon 1547
Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov keçmiş MTN rəhbəri Eldar Mahmudovun qızı  Nərgiz Mahmudovanı yenidən məhkəməyə verib.

YeniAvropa xəbər verir ki, A.Qaraşov “Caspian Service” MMC və Mahmudova Nərgiz Eldar qızı barədə Yasamal rayon Məhkəməsinə iddia ərizəsi verərək göstərib ki, bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, çıxarış ləğv olunsun və mənzillər boşaldılaraq təhvil verilsin.

Aprelin 15-də Yasamal rayon Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək. 

Qeyd edək ki, A.Qaraşov ötən il də eyni səbəbə görə məhkəməyə müraciət etmişdi.