logo

Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı

15:11 12-04-2021 | icon 1680
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

 YeniAvropa xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, N.Zeynalovun barəsindəki həbs qətimkan tədbiri 3 ay uzadılıb.
 
 
Qeyd edək ki, Namiq Zeynalov 2018-ci ilin fevralın 6-dan Cəlilabad rayonuna icra başçısı təyin edilib. O, ötən il dekabrın 7-də Cəlilabad rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Dekabrın 8-də isə prezident İlham Əliyev Namiq Zeynalovun Cəlilabad rayon İcra Hakimiyyəti başçısının vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb. 
 
Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.