Hüseyn Abdullayev aclıq aksiyasına başlayıb
10 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayevdən xəbər var.
YeniAvropa xəbər verir ki, o, aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, istintaqdan gizləndiyi üçün “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilən H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Anası Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.
İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanır.
Ötən ay sabiq deputat, Hüseyn Abdullayev prezident İlham Əliyevə müraciət edib. O, müraciətində günahsız yerə həbs edildiyini, 3 ildir qanunsuz həbsdə saxlandığını və əziyyət çəkdiyini qeyd edib.
"Quska" səhhətinin ağırlaşdığını, 70 yaşlı anasının da bu səbəbdən əziyyət çəkdiyini və onun da səhhətində ciddi problemlər yarandığını bildirib.
Hüseyn Abdullayev məktubunun sonunda baş verənlərin ədalətlisizlik olduğunu söyləyərək Azərbaycan vətəndaşlığından çıxarılmasını istəyib.
Həmçinin, H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefonla "Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.
Hüseyn Abdullayev isə ittihamları rədd edərək özünü təqsirli bilmir.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb