Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Balaxanı qəsəbəsində yerləşən “Zəfər Qalası” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, tədbir zamanı obyektin sahibi Ziya Nuriyevin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb. Polislər tərəfindən mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Toy zamanı restoranda olan 40 nəfər barəsində inzibati protokol tərtib edilib.
Ümumilikdə toyun keçirilməsində iştirak edən şəxslər 8 min manat məbləğində cərimələniblər