logo

Aprelin 12-dək ictimai nəqliyyat işləməyəcək

21:20 09-04-2021 | icon 1841
Aprelin 12-dək ictimai nəqliyyat işləməyəcək

Sabahdan etibarən aprelin 12-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 YeniAvropa xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.