Aprelin 10-u səhər saatlarından etibarən Bakı üzrə iməcilik və şəhərin mərkəzi, qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.
Bununla əlaqədar maddələrin qəbul edilmiş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə sabah küçəyə çıxmamaq xahiş olunur.