Gəncədə 54 yaşlı kişi özünü beşmərtəbəli binanın dam örtüyündən ataraq intihar edib.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində baş verib.
Şəhər sakini 1967-ci il təvəllüdlü Razim Qurbanov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Əraziyə Gəncə şəhər Baş Polis İdarəsi və prokurorluq əməkdaşları cəlb olunublar. Hələlik mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil.