Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 9-dan 10-na keçən gecədən başlayaraq aprelin 12-dək şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək, aprelin 10-u gün ərzində, aprelin 11-i gecə və səhər bəzi yerlərdə arabir 28 metrədək güclənəcəyi gözlənilir.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 10-u günün ikinci yarısından aprelin 12-si gündüzədək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti arabir 18-23 metr/saniyə olacaq, aprelin 10-11-də ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.