"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub.
YeniAvropa xəbər verir ki, bu barədə onun vəkili Gülnar Quluzadə məlumat verib. Vəkilin sözlərinə görə, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək saxlanılıb.
Gülnar Quluzadə bildirib ki, İlqar İsmayılov ötən gün Binəqədi rayon Məhkməsində hakim qarşısında çıxarılıb və barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.