logo

Vaqif Mustafayevi Pənah Hüseynə görə işdən çıxarıblar?

16:56 06-04-2021 | icon 1764
Vaqif Mustafayevi Pənah Hüseynə görə işdən çıxarıblar?

“Bizim hakimiyyətlə bağlı deyirlər ki, “onlar küçədən gəlmişdilər”. Hansı ki, komandanın 90 faizi öz yerində qalmışdı. Parlament dəyişilmədi. Yerli icra hakimiyyətlərində ciddi dəyişikliklər olmadı. Ölkənin iqtisadiyyatını idarə edənlər bizdən əvvəlki kadrlar idi. Onlar bizim dövrümüzdə də, bizdən sonra da öz vəzifələrini qorudular. Bizim bu dəyişiklikləri vaxtında gerçəkləşdirə bilməməyimiz məğlubiyyətimizə gətirib çıxardı”.

YeniAvropa xəbər verir ki, bu sözləri sabiq baş nazir, AXP sədri Pənah Hüseyn bu gün “Musavat” TV-nin efirində qonaq olarkən deyib.

Siyasətçi qeyd edib ki, YAP hakimiyyəti yeni siyasi kurs götürüb ölkəni dəyişmək istəyirsə, köklü islahatlardan çəkinməməlidir:

“Buna gəncləşdirmə siyasəti deyə, başqa ad verə bilərsiniz. Əsas odur ki, dəyişiklik olsun”.

P.Hüseyn verilişdə sensassiya sayılacaq açıqlama ilə çıxış edib. Keçmiş hökümət başçısı bildirib ki, "SpaceTV"nin sabiq prezidenti Vaqif Mustafayevi ona görə işdən uzaqlaşdırıblar.

“Bu barədə "SpaceTV"də efirə gedən “Qırmızı Xətt” verilişində danışmışdım. Həmin çıxışdan sonra V.Mustafayevi işdən çıxartdılar”,-deyə P.Hüseyn bildirib.