Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə koronavirusa yoluxub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib. Qeyd edilib ki, 57 yaşlı Elmir Vəlizadənin "COVİD-19" testinin nəticəsi pozitiv çıxıb.
Hazırda nazir müavini xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti sabitdir.
Xatırladaq ki, E.Vəlizadə 2007-ci ildən nazir müavini vəzifəsini daşıyır.