logo

Saatlıda toy məclisi təşkil edənlər cərimələndi

10:48 05-04-2021 | icon 1869
Saatlıda toy məclisi təşkil edənlər cərimələndi

Saatlı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan

YeniAvropa-ya bildirilib ki, Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon sakini İlqar Mahmudovun yaşadığı evin həyətində qonaqların iştirakı ilə toy məclisi təşkil etdiyi müəyyən olunub.

İlqar Mahmudov və toy məclisində iştirak edən 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.