Paytaxtda aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq aprelin 5-də Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə BNA-dan bildirilib.Qeyd edilib ki, bu səbəbdən M1, M2, M6, 11 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq aşağıda göstərilən qaydada təşkil edilib:
- M1, M2, M6 nömrəli ekspress marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;
- 11 nömrəli müntəzəm marşrut Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Sadıqcan küçəsi üzrə;
- 104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən olunub.