Əhmədzadədən sonra növbə kimindir:Cavid, Qorxmaz, Cahangir...
Aprelin 2-də prezident İlham Əliyevin "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadənin tutduğu vəzifədən azad etməsini ekspertlər tərəfindən islahatların növbəti mərhələsi kimi xarakterizə edirlər.
YeniAvropa xəbər verir ki, Əhməd Əhmədzadə uzun müddət yüksək vəzifədə təmsil olunan, oliqarxlaşmış məmur kateqoriyasına aid olan fiqurlardan olub. Hələ islahatlar kampaniyasının ilkin mərhələsində onun işdən çıxarılacağı bildirilirdi. Lakin həmin dövrdə “Baron” ləqəbi ilə tanınan Əhmədzadə özünü qorumağı bacardı.
Ötən ilin iyulunda keçirilən su təsərrüfatına həsr olunmuş müşavirədə prezident İlham Əliyevin "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin fəaliyyətini tənqid etməsi yenidən ictimai diqqəti Əhməd Əhmədzadənin üzərinə yönəltdi. Müşavirədən dərhal sonra onun işdən çıxarılacağı barədə məlumat yayıldı. Ancaq bu dəfə də gözləntilər özünü doğrultmadı.
Ekspertlər hesab edir ki, Əhməd Əhmədzadənin, nəhayət, işdən çıxarılması artıq yerində möhkəm oturan məmurların komandadan kənarlaşdırılması prosesinin başlanğıcı hesab edilə bilər. Onların fikrincə, bu mərhələdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sədri Cahangir Əsgərov və “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov da istefaya göndərilə bilər.
Su təsərrüfatına həsr olunmuş müşavirədə Qorxmaz Hüseynov da Əhməd Əhmədzadədən az tənqid olunmayıb. Digər tərəfdən, o, bu yaxınlarda Türkan qəsəbəsində yerləşən 100 milyonluq villası ilə gündəmə gəlmişdi. Qorxmaz Hüseynovun dəbdəbəli həyatı ictimai narazılığa səbəb olmuşdu. Bu baxımdan, onun da yeni kadrla əvəzlənəcəyi barədə deyilənlər inandırıcı görünür.
Cahangir Əsgərovla Cavid Qurbanova gəlincə, bu günlərdə prezidentin sərəncamı ilə onların rəhbərlik etdikləri qurumun müşahidə şuraları yaradılıb. Bununla yanaşı, "AZAL" və "ADY" Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Beləliklə, Cahangir Əsgərovla Cavid Qurbanovun rəhbərliyi faktiki olaraq formal xarakter daşıyır.
Güman ki, yaxın vaxtlarda onların karyerasına son qoyulacaq.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb