Gömrük Komitəsi rəhbərliyinin doğum yerləri nədən rəsmi saytdan silinib?
Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan 6 nəfərdən (sədr və sədr müavinləri) 4-ü Naxçıvan Müxtar Respublikasında doğulsalar da, qurumun rəsmi saytında yer alan məlumatlarda onların doğum yeri göstərilməyib.
YeniAvropa xəbər verir ki, əvvəllər Komitənin rəhbərliyində yer alan şəxslərin hər birinin saytda yerləşdirilən tərcümeyi-hallarında doğum yeri qeyd olunurdu. Lakin sosial şəbəkədə bu barədə silsilə yazılar dərc edildikdən sonra DGK-nın rəsmi saytında sədr və onun 3 müavininin tərcümeyi-halından doğum yerləri silinib.
Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan 6 nəfərin-sədr və sədr müavinlərinin do diqqət edək:
1. Mehdiyev Səfər Məmməd oğlu - Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik - 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub
2. Hüseynov İsmayil Xəlil oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor - 1974-cü ildə Naxçıvan şəhərində anadan olub.
3. Abdullayev Əsgər Həsən oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
4. Həsənəliyev Rza Cahangir oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
5. Qasımov Cavad Mustafa oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor - 1967-ci il mayın 31-də Bakı şəhərində anadan olub.
6. Babayev İqbal Alıcan oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor - 1964-cü ildə Yardımlı rayonunda anadan olub.
Məlumat üçün qeyd edək ki, Gömrük Komitəsi aparatının strukturunda sədr və 5 müavin postu da daxil olmaqla ümumilikdə 30 vəzifə mövcuddur və bu vəzifə sahiblərinin 14-nün doğum yeri kimi Naxçıvan Müxtar Respublikası göstərilir. Sədr də daxil olmaqla Komitənin qeyd olunan vəzifəli şəxslərinin 17%-i və ya 5 nəfəri Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olublar. Bundan başqa Gömrük Komitəsi sədrinin 5 müavinindən 3-ü və ya 60%-i Naxçıvanda doğulublar. Eyni zamanda Komitə rəhbərliyində yer alan və general rütbəsi daşıyan şəxslərin də 62,5%- nin və ya 5 nəfərin Naxçıvanda doğulduğu qeyd olunur.
Onu da bildirək ki, Naxçıvan Müxtar Respublikasının əhalisi ölkənin ümumi əhalisinin 4,6%-ni təşkil edir.
Dövlət Gömrük Komitəsinin Naxçıvanda doğulan vəzifəli şəxslərinin tam siyahısı:
1. Mehdiyev Səfər Məmməd oğlu - Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant - 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub
2. Hüseynov İsmayil Xəlil oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor - 1974-cü ildə Naxçıvan şəhərində anadan olub.
3. Abdullayev Əsgər Həsən oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
4. Həsənəliyev Rza Cahangir oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
5. Fuad Əlizadə - Maliyyə və Təchizat İdarəsinin rəisi, polkovnik - 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.
6. Məmmədov Abuzər Bağır oğlu - İnfrastrukturun İnkişafı İdarəsinin rəisi, polkovnik-leytenant - 14 may 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub.
7. Cəfərov Simurq Müslüm oğlu - Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik - 1964-cü ilin mart ayının 4-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Tivi kəndində anadan olub.
8. Məsum Rəsulov Eynalı oğlu - Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, general-mayor - 1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
9. Nüsrət Qurbanov Qənbər oğlu - İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi,polkovnik - 15 aprel 1958-ci ildə Naxçıvan şəhərində anadan olub.
10. Novruzov Qulu Novruz oğlu - Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, polkovnik - 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
11. Zalov Rəşad Oruc oğlu - Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik - 18 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.
12. Fərzəliyev Dilavər Məmməd oğlu - Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik - 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olub.
13. Axundov Natiq Sabir oğlu - Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik - 1977-ci il sentyabrın 22-də Naxçıvan şəhərində anadan olub.
14. Muxtarov Sənan Əli oğlu - Hüquq Təminatı İdarəsinin rəisi, polkovnik - 1959-cu il iyul ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanlı kəndində anadan olub./Yeniavaz
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb