logo

Qubad İbadoğlu İlqar Məmmədova daha nələr demədi: "...üzr istəyin!“

17:33 02-04-2021 | icon 2044
Qubad İbadoğlu İlqar Məmmədova daha nələr demədi: "...üzr istəyin!“
"Siz, İlqar Məmmədov, Liberal, Mühafizəkar, Sosial demokrat, Utilitarianist, Libertarianist, sağçı, solçu, sosialist, faşist, bolşevik, eləcə də korporotiv, bazar, ailə, dövlət təmayüllü müxtəlif rifahçı modellərin tərəfdarı ola, müxalifət, hökümətyönlü mövqedə dayana bilərsiniz, amma sizin ixtiyarınız yoxdur ki, sizdən fərqli düşünənləri, uşaq pulu verilməsinin tərəfdarı olanları yaramaz, debil adlandırasınız".
YeniAvropa xəbər verir ki, bu fikirləri tanınmış iqtisadçı alim Qubad İbadoğlu "Facebook" hesabında  REAL partiyasının sədri İlqar Məmmədovun uşaqpulu ilə bağlı yazdığı statusuna cavab olaraq yazıb.
 
Qubad İbadoğlu daha sonra yazır: "Siz, İlqar Məmmədov, sadə riyazi hesablamanı düzgün apara bilmirsiniz (il 10 aydan deyil 12 aydan ibarətdir, ayda 1 milyon uşağa 100 manat ödəniləndə ildə 1 milyard deyil, 1,2 milyard tələb olunur), belə olanda uşaq pulu ilə bağlı indiyə qədər əsaslandırılan mövqeləri, aparılan hesablamaları, uşaq pulunun ödənilməsi üçün göstərilən
maliyyə mənbələrini necə başa düşəcəksiniz.
Siz, İlqar Məmmədov, dövlətin büdcəsinin qayğısına qalırsınızsa, onda hər il qapalı formada bölüşdürülən investisiya büdcəsinin, prezidentin, büdcənin ehtiyat fondunun şəffaflığını. hesabatlılığını, prezidentin, vitse-prezidentin, baş nazirin, maliyyə nazirinin, iqtisadiyyat nazirinin, baş prokurorun, hakimlərin, icra başçılarının gəlirləri və əmlakı barədə bəyannamə tələb edin.
Siz, İlqar Məmmədov siyasətlə məşğul olmaq istəyirsinizsə, ifadələrinizə fikir verin, leksionunuzu təmizləyin, başqalarını aşağılamayın, alternativ fikirə, müstəqil, müxalif mövqeyə hörmət edin, onsuz da çirkli olan mühiti daha da korlamayın, çalışın ki, çirkabı təmizləyəsiniz.
Odur ki, siz, İlqar Məmmədov yaxşı olar ki, başqalarının ünvanına işlətdiyiniz yaramaz və debil ifadələrinə görə üzr istəyin, ondan sonra sizinlə uşaq pulu mövzusunda harda istərsinizsə debat aparmağa hazıram. Amma, öncə bu mövzuda mövqe qoyanların hamısından üzr istəyin!"
 
0-6