Vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşının vergi və dövlət rüsumlarını qəsdən azaldaraq mənimsəməsi və bu kimi digər qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,aparılmış istintaqla müəyyənləşdirilib ki, Əbdürəhimov Mahir Şahbaz oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyərkən müxtəlif ünvanlarda şəxsən və qeyriləri vasitəsilə ümumilikdə 393 nəfərdən ibarət ayrı-ayrı vergi ödəyicilərinin ödənişlərini onların adından daha sürətli və ödəyicilər üçün rahat şəkildə dövlət büdcəsinə ödəyəcəyini bildirməklə aldığı cəmi 820 min manat təşkil edən pul vəsaitlərini büdcəyə ödəmədən şəxsi ehtiyaclarına sərf edib, habelə törətdiyi cinayət əməllərini gizlətmək məqsədilə eyni məbləğdə ödənilmiş vergi və dövlət rüsumlarını azaldaraq həmin şəxslərin şəxsi hesab vərəqələrində əks etdirməklə işlədiyi dövlət qurumunun rəsmi informasiya resursu hesab olunan proqram təminatına yalan məlumatlar daxil edib.
Bundan başqa, Mahir Əbdürəhimovun həmin vəzifədə işləyərkən öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə etdiyi səhlənkarlıq nəticəsində 62 nəfər ayrı-ayrı vergiödəyicisinin vergi qismində ödədiyi ümumilikdə 66 min manat pul vəsaiti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ödənilməyib.
Həmçinin o, həmin vəzifədə işləyərkən qeyd edilən mənimsəmə və digər qanunsuz əməllərini gizlətmək məqsədilə həmin ödənişlərin qeydiyyatının aparıldığı qurumdaxili informasiya resursu hesab olunan proqram təminatında guya nöqsanların olması görüntüsü yaratmaqla ümumilikdə 187 min manat məbləğində pul vəsaitini digər şəxslərin adından edilən ödəniş kimi göstərməklə düzəlişlər aparıb.
Qeyd edilən qanunsuz əməlləri ilə Mahir Əbdürəhimovun külli miqdarda əmlakı mənimsəmə yolu ilə talamasına, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına, ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş üzrə ibtidai istintaq zamanı vurulmuş maddi ziyandan 271 min manatının ödənilməsi təmin edilib.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb