Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.
Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə, Bakıda tozun miqdarı normadan 3,8 dəfə artıqdır.