Azərbaycandan bu il Həcc ziyarəti baş tutmayacaq.
YeniAvropa xəbər verir ki, pandemiya səbəbindən ziyarət bu il də həyata keçirilməyəcək.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.
Xatırladaq ki, COVİD-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı.