Martın 31-də Zaqatala seysmoloji stansiyasından 23 kilometr cənubda - Qax rayonunda zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 13:04-də qeydə alınıb.
Maqnitudası 2,9 olan və ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ bəzi vətəndaşlar tərəfindən hiss olunub.