logo

Şəmkirdə çalınan toy yarımçıq dayandırıldı

11:33 31-03-2021 | icon 1904
Şəmkirdə çalınan toy yarımçıq dayandırıldı

Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya bildirilib ki, Şəmkir rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Qəsr” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejiminin qaydaları izah olunub, saxlanılan 10 nəfər barəsində inzibati qaydada tədbir görülüb.

Restoran sahibi barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 5000 manat miqdarında cərimə edilib.