logo

Nuşirəvan Məhərrəmli MTRŞ-ın üzvlüyündən də çıxarıldı

16:11 30-03-2021 | icon 1841
Nuşirəvan Məhərrəmli MTRŞ-ın üzvlüyündən də çıxarıldı
Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvlüyündən çıxarılıb.
YeniAvropa xəbər verir ki, bu barədə N.Məhərrəmlinin özü məlumat verib.
 
O, bildirib ki, Şuranın üzvlüyündən çıxarılması səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.
 
Qeyd edək ki, N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü idi. O, həmçinin 2003-ci ildən 2020-ci ilin aprelinədək şuranın sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, Nuşirəvan Məhərrəmli  prezidentin sabiq köməkçisi Əli Həsənovun kadrı hesab edilirdi .