logo

"Palmali"dən dələduzluq edən şəxslə bağlı açıqlama - Video

18:59 29-03-2021 | icon 2170
"Palmali"dən dələduzluq edən şəxslə bağlı açıqlama - Video

Bu gün sosial mediada ifaçı Xatirə İslamın videosu yayımlanıb. Bu videoda ifaçı özünü Mübariz Mənsimovun danışmanı olaraq təqdim edən Sahil İmanov adlı şəxsi dələduzluqda ittiham edib. Xatirə İslam bildirib ki, Sahil İmanov adlı şəxs Mübariz Mənsimovun adından və nüfuzudan sui-istifadə edərək bir çox məşhur ifaçıdan pul alaraq onlara sosial mediada bir sıra xidmətlər göstərəcəyi barədə yalan vədlər verib.

 YeniAvropa xəbər verir ki, bunu “Palmali” şirkətlər qrupunun mətbuat katibi Fidan Quliyeva deyib.

“Mübariz Mənsimovun heç bir zaman Sahil İmanov adlı media müşaviri olmayıb. Mübariz Mənsimovun media işlərini 10 ildən çoxdur ki, mən idarə edirəm. Mübariz Mənsimovun qanunsuz həbsindən sonra bu adamı tanımışam. Videobloger olduğunu bilirəm, amma nə şirkət, nə Mübariz Mənsimovun xanımı, nə də ailə ilə heç bir bağlantısı yoxdur. Müstəqil jurmalist kimi özünü təqdim edib. Dəyərli sənət adamlarımıza mürciət edərək bildirmək istəyirəm: “Palmali”nin nə ünvanı, nə də telefon nömrələri dəyişib. Rəsmi səhifələrimiz və nəhayət, şirkətin rəsmiləri var. Kimsə sizi dolandırmağa cəhd edirsə, bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Xahiş edirəm, belə hallarla qarşılaşsanız bilavasitə mənimlə əlaqə saxlayın. Ümumilikdə, sosial mediada Mübariz Mənsimovun adını etiketləyərək əlaqəsi olmayan xəbərlərə rast gəlirik. Xəbərdarlıq edirik ki, rəsmi olmayan xəbərlərdə nə "Palmali" Holdingin, nə də Mübariz Mənsimobun adı hallanmasın. Əks təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”, - Quliyeva bildirib.

Qeyd edək ki, bu gün müğənni Xatirə İslam özünü Mübariz Mənsimovun köməkçisi, ailəsinin ən yaxın adamı kimi təqdim edən Sahil İmanov adlı şəxsin ona və bir neçə sənətçiyə qarşı dələduzluq etməsilə bağlı videomüraciət yayımlamışdı.

 Axar.az