logo

"Sədərək Yusif"in ərəblərdən geri qalmayan ovu...

15:31 29-03-2021 | icon 1575
"Sədərək Yusif"in ərəblərdən geri qalmayan ovu...

Şahdağ Milli Parkının yaxınlığındakı Şah yaylağında "Sədərək Yusif"in (“Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyli ) villası mövcuddur.

YeniAvropa xəbər verir ki, bu barədə “Ekofront” təşkilatı "Facebook"da məlumat paylaşıb.

Bildirilir ki, Y.Qədimbəyli Milli Parka sorğu-sualsız daxil ola bilir və qonaq-qarası ilə ovlanması yasaq olan heyvanları ovlayır: "Yusif Qədimbəyli Milli Parka girəndə sərhədçilər ona "çes "verir. Qonaq qarası ilə külfəti ilə birbaşa gedir ora. Ondan ötrü hərdən yolları da sahmana salırlar. Şah yaylağı bunluqdur. Xınalıqdan kəndlilərə bir az pul verilir ki, kəlləri sürüb ( dağlarda qova-qova istiqamətləndirmək) bunun hüzuruna yaxınlaşdırsınlar. Bunlar rahat ata bilsin. Bu adam və qonaq-qarası hər il kütləvi ov edir".
 
Bundan başqa, onun dostları ilə birgə İsmayıllıda, Göyçay vadisində, Paşnov dərəsində kəl ovu ilə məşğul olduğuna da diqqət çəkilib:
 
“Ovla bağlı lizensiyaları da mövcuddur (Rəsmi ödənişi çox ucuzdur). Ancaq bu yerlərdə ov etmək qadağandır. Ərazi çox ucqar olduğundan ictimai nəzarət imkanı da məhduddur”.
 
Qeyd edək ki, ərəb turistlərin qanunsuz ovu gündəmə gələndən sonra bir çoxları əslində ölkə daxilində olan bəzi sahibkarların təbiətə qat-qat artıq ziyan vurduğu və qanunsuz ov etdiyini bildirmiş, “ərəbləri görənlərin” nədənsə onları “görmədiyini” iddia etmişdi.
 
Bunun ardınca isə qanunsuz ovla bağlı məlumatlar sosial şəbəkədə artmağa başlayıb.
0--