Martın 26-da Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7 min manat dəyərində latun və bürüncdən olan büstü oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, büstü oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuş E.Mirzəyev, E.İsgəndərov və R.Səmədov Bakı şəhər Baş Polis İdarəsinin və Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı təhqiqat aparılır.