Hikmət Əlizadə: Ərəb turistlər 4 min manat cərimələnib
Bir neçə gündür sosial şəbəkələrdə, mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhimsiz rəftar olunması ilə bağlı məlumatlar yayılıb. İlk növbədə, bildirmək istərdim ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir. Digər xarici ölkə vətəndaşları kimi, ərəb ölkələrindən də insanlar ölkəmizə gələ və istirahətini təşkil edə bilərlər. İstirahətin təşkili zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, bu zaman müvafiq orqanlar öz səlahiyyətləri daxilində hərəkət etməli və bunun qarşısını almalıdırlar. Bu məlumatlar da bizə daxil olanda, ilk növbədə, araşdırma apardıq. Məlum oldu ki, Acınohur yasaqlığında 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur.
YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Xidmət rəisi bildirib: “Araşdırmanın gedişatında bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı məlumat daxil oldu və onlar bununla bağlı cərimələndilər. Dünən isə mətbuatda həmin ərazidə ov aparılmasına dair məlumatlar yayıldı. Bununla bağlı dərhal araşdırmaya başladıq. Fakt qismən müəyyən edildi. Sosial şəbəkələrdə, mətbuatda əvvəlki illərə məxsus olan, hətta ərazisinin müəyyən edilməsi mümkün olmayan foto və videokadrlar paylaşıldı. İddia olunurdu ki, bunların hamısı həmin ərazidə baş verib. Hazırda quşların miqrasiya dövrü bitib və ona görə də ölkədə quşların sayı azdır. Lakin bəzi faktlar öz təsdiqini tapdı və “Ovçuluq haqqında” qanunvericiliyin tələblərinin pozulmasına görə iki ərəb turist tərəfimizdən təqribən 4 min manat məbləğində cərimələndi”.
H.Əlizadə qeyd edib ki, hazırda yasaqlıq ərazisində onların hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbirlər görülüb. Ərazidə müxtəlif yerlərdə postlar qurulub. Bu fəaliyyət və araşdırmalar davam etdiriləcək. Əlavə məlumatlar olarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq. İctimaiyyət bu məsələlərə çox həssas yanaşması başadüşüləndir. Bəzən belə məsələlər - xarici vətəndaşların gəlməsi, ölkə qanunvericiliyini pozması aqressiya doğurur. Belə hallarda dövlət qurumları öz səlahiyyətləri daxilində hərəkət edirlər. Bu məsələyə həssas yanaşan və bütün məlumatları vaxtında ötürənlərə minnətdarlığımı bildirirəm.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb