"AZAL"ın monopoliyasına necə son qoymaq olar? – VİDEO
“Azərbaycanın Hava Yollarında (AZAL) aviabietlərin qiymtərlərinin baha olmasının səbəbi tələbatın olması, rəqabətin olmaması, qiymət siyasətini şirkətin özbaşına müəyyn etməsi və oyun qaydalarının öncədən bəlli olmamasıdır”.
YeniAvropa xəbər verir ki, bunu “Turan”ın “Çətin sual” proqramının 2021-ci il 25 mart tarixli “AZAL"ın “göylə gedən qiymətləri” mövzusuna həsr edilmiş buraxılışında iqtisadşı-ekspert Natiq Cəfərli bildirib.
Ekspert deyir ki, hətta ölkədə bir neçə aviaşirkət fəaliyyət göstəsə də onlar "AZAL"la razılaşıb işləyirlər, əks halda bu bazardan xaric edilə bilərlər. İqtisadçı nümunə olaraq vurğulayır ki, Gürcüstanda 12 aviaşirkət fəaliyyət göstərir, daha iki şirkətlə də müqavilə imzalanmasına hazırlaışır:
“Gürüstan hakimiyyəti öncədən xidmətlərin, biletlərin qiymətini müəyyən edir. Bizdə isə əksinədir, şirkət bazara öz iradəsini diktə edir”, deyə ekspert bildirir.
Onun deməsinə görə, "AZAL" biletlərin qiymətlərinin bahalaşdıırlmasını reyslərin sayının azalması ilə izah etmk istəyir: “Bakı-İstanbul reysləri həmişə dolu gedib gəlir. Bu sahə ekspetləri deyirlər ki, əgər müəyyən istiqamət üzrə biellərin 70%-i satılırsa o xətt rentabelli saylır, hətta qazanca çıxa bilər”.
Ekspert əlavə edir ki, bu sahədə ən bahalı olan təyyarələrin alınmasıdır və həmin təyyarələri "AZAL" üçün dövlət alır. Onun fikrincə, yerdə qalan benzin, xidmət və s. o qədər maliyyə tələb etmir: “Bununla belə "AZAL" ziyanla işləyir: “Bunu da deyim ki, 2018-ci ildə dövlət büdcəsindən "AZAL"a 210 milyon manat vəsait ayırlıb. 2020-ci ilin əvvəlində isə 80 milyon manat dotasiya verilib. Bütün bunun müqabilində "AZAL"ın ziyanla işləməsi hələ davam edir. Bakıdan İstanbula xüsusi reyslərlə uçuş üçün biletin gediş-gəliş qiyməti 890 manat, test xərci də əlavə edilsə 1000 manata çatır. Halbuki, pandmeiyadan öncə bundan çox ucuz idi”, deyə ekspert bildirir.
O deyir ki, qiymət bahalığına görə, Azərbaycandan uçmalı olan şərnişinlərin beşdə biri 2018-19-cu illərdə Gürcüstandan bilet alaraq Türkiyəyə uçmağa üstünlük vermişdilər.
Ekspert deyir ki, pandemiya dövründə dünyanın aviaşirkətləri müştəri cəlb etmək üçün endirimli uçuşlar həyata keçirirlər, Azərbaycanda isə "AZAL" qiymətləri bahalaşdırır və istədiyi qiyməti diktə edir.
İqtisadçıya görə, şirkətin özəlləşdirilməsi də vəziyyətdən çıxış yolu deyil, bu halda təyyarələrin ora-bura satılması kimi təhlükə var. Onun fikrincə. burada dövlət və özəl şirkətlərin birgə iştirakı faydalı ola bilər, həm də bütünlükdə idarəetmə sistemi dəyişməlidir.
“Vəziyyətdən çıxış yolu, "AZAL"ın inhisarnın aradan qaldırılrmasında, şəffaf oyun qaydalarının öncədən müəyyən olunmasında, şirkətin auditdən keçirilməsində, xərclərin və gəlilərin müəyyən olunmasındadır”, deyə eskpert çıxış yolunu göstərir.
O əlavə edir ki, Azərbaycann bölgələrində təyyarə limanları var və yenilərinin tikilməsi nəzərdə tutulur, odur ki, bu hava limanları da təyinatı zrə fəaliyyətə başlamalıdır.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb