Türkiyədə, İstanbulun Beşiktaş rayonunda qaldığı oteldə Azərbaycan əsilli 40 yaşlı iş adamı Nihad Əliyev tapança ilə baş nahiyəsinə atəş açaraq intihara cəhd edib.
YeniAvropa xəbər verir ki, bu barədə “Haberturk” xəbər yayıb. Məlumatda bildirilib ki, hospitala yerləşdirilən iş adamının həyatı üçün təhlükə qalmaqdadır.
Qeyd edilib ki, hadisə zamanı Nihad Əliyevin yanında olan 3 qadının ifadəsi alınıb. Məlumata görə, iş adamı oteldə 6 dostu ilə birlikdə qalırmış.