Şah kimi yaşayan tikinti maqnatının oğlu - Şərurlu İsfəndiyarla bağlı faktlar
Bir neçə gündür tikinti maqnatı "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov medianın diqqətindədir.
YeniAvropa xəbər verir ki, buna səbəb 5 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham edilən "Zaminbank”ın keçmiş sədri Nadir İsmayılovun məhkəmədə söylədikləridir.
Məlumat üçün deyək ki, "Zaminbank”ın keçmiş sədri Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İsfəndiyar Axundov isə, bu işdə zərərçəkən qismində tanınıb.
Nadir İsmayılov İsfəndiyar Axundovu aldatması barədə ikincinin iddialarına münasibət bildirərkən deyib: "Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki "Lamborghini”, iki "Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir”.
Bu gün isə məlumat yayılıb ki, Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Əzizxan Əliyev İsfəndiyar Axundova məxsus "Şərur" Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı 2 milyon manat təzminat tələbi ilə iddia qaldırıb. Səbəb onun yeganə oğlu Nahid Əliyevin ölümüdür.
"Şərurlu İsfəndiyar” hələ 2005-ci ildə medianın diqqət mərkəzinə gəlmişdi. Həmin vaxt onun oğlu Şahin Axundov Türkiyə səfirliyinin qarşısında mübahisə etdiyi Anar İsmayılov adlı şəxsin avtomobilinə "Vinçester”dən, yaxud tapançadan bir neçə dəfə atəş açmışdı.
İsfəndiyar Axundov ciddi-cəhdlə oğlunu məsuliyyətdən yayındırmağa çalışsa da, ölkə rəhbərliyinin işə müdaxiləsindən sonra Şahin Axundov həbs olundu və 5 il həbs cəzasına məhkum edildi.
Tikinti maqnatı daha sonra digər oğlu Allahverdi Axundovun 650 min manata "Lamborghini” alması ilə gündəmə gəldi. "Şərurlu İsfəndiyar” əvvəlcə xəbəri təkzib elədi.
"Bu, yalandır, uydurmadır, mənim oğlumun elə maşını yoxdur” deyən tikinti maqnatı danılmaz faktla üzləşdi. Sən demə, Allahverdi Axundov artıq sosial şəbəkələrdə bahalı avtomobilinin fotosunu "My new car” (Mənim yeni avtomobilim) qeydi ilə paylaşıbmış.
İsfəndiyar Axundovun bu fakta reaksiyası belə oldu: "Hə, nə olsun? Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki… Maşın sürüb də. Başqa nə iş görüb?”
Lakin Allahverdi Axundov təkcə 650 minlik "Lamborghini”yə sahib deyil. Onun sosial şəbəkələrdə paylaşdığı fotolardan görünür ki, kifayət qədər dəbdəbəli həyat yaşayır.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb