Ərəblərin Acınohur çölündə quş ovuna davam etdikləri və hazırda isə Qax Dövlət Təbiət Yasaqlığında nadir quş növlərini ovladıqları barədə sosial şəbəkələrdə video-görüntülər yayılıb.
YeniAvropa xəbər verir ki, onların ov etdikləri ərazilərdən hələ də atəş səslərinin eşidildiyi bildirilib.
Qeyd olunub ki, ərəblər hazırda Qax Dövlət Təbiət Yasaqlığında ova davam edir və görüntülərdə parçalanan quşun Qırmızı Kitaba düşmüş bəzgək olduğu deyilir.
Məlumata görə, ovlanan Qafqaz durnası da nadir hesab olunan quşlardan biridir və onların təbiətdə sayı 200 cütdən azdır.
Hazırda ovlar arasında Qırmızı Kitab növlərindən qaraqarın, bağrıqaranın və bəzgəyin olduğu iddia edilir.
Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ərəblərin Acınohur çölündə quş ovlamaq üçün göyərçinə işgəncə vermələri ilə bağlı münasibət bildirib və sözügedən məsələ ilə bağlı Nazirliyin araşdırma apardığını məlumat verib.