Martın 24-də Şamaxı rayonu ərazisində baş verən daha bir yeraltı təkan 3 bal gücündə olub.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 16:40-da Qobustan stansiyasından 27 kilometr qərbdə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.