logo

Sabah Bakıda arabir yağış yağacaq, 13° isti olacaq

12:30 24-03-2021 | icon 1785
Sabah Bakıda arabir yağış yağacaq, 13° isti olacaq

Azərbaycanda martın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 6-8°, gündüz 11-13° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 751 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Martın 25-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 12-17° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı bildirilir.

Sinoptiklərin xəbərdarlığına görə, martın 26-sı axşamdan 28-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir saniyədə 15-20 metr, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcək.

Tibbi-meteoroloji proqnoza görə, martın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.