Yanvarda Azərbaycanda 10 min 812 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 12,7 təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.
Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.
Bununla yanaşı, yanvarda ölkədə 7972 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 9,4 təşkil edib.