Martın 23-də Xəzər dənizində zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:31-də qeydə alınıb.
Maqnitudası 3,1 olan və ocağı 62 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.