Xalq artisti Nazpəri Dostəliyevanın oğlu dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, bu barədə xalq artisti Nazpəri Dostəliyeva "news24.az"a açıqlamasında deyib.
Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün anidən baş verdiyini bildirib: “Oğlum quş kimi yanımdan uçub getdi. Xalası ilə, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı. Elə bil, cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış”, - deyən sənətçi göz yaşlarını saxlaya bilməyib.
Nazpəri Dostəliyeva daha sonra deyib: "Oğlum valideynlərimlə qardaşımın dəfn olunduğu Qobustan qəbiristanlığında torpağa tapşırılacaq”.
Qeyd edək ki, xalq artistinin böyük oğlu Əli Quliyev bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.