Son günlər bəzi xəbər saytlarında Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində ciddi problemlərin yarandığına, vəziyyətinin pisləşdiyinə dair həqiqətə uyğun olmayan xəbər yayılıb.
YeniAvropa xəbər verir ki, hətta bəzi saytlar bir qədər də irəli gedərək, Ramiz Mehdiyevin dünyasını dəyişməsi barədə xəbərlər yayıblar.
AMEA-nın mətbuat və informasiya şöbəsindən məsələyə aydınlıq gətirilib.
"Azərbaycan Milli Elimlər Akademiyası ictimaiyyətin diqqətinə çatdırır ki, yayılan bu informasiyanın heç bir əsası yoxdur, akademik Ramiz Mehdiyev özünü kifayət qədər yaxşı hiss edir.
Mətbuat sahəsində çalışan həmkarlarımızı jurnalist etikasının qaydalarına riayət etməyə çağırır, cəmiyyəti yalan məlumatlarla çaşdırmamağı xahiş edirik. Həmçinin, xatırlatmaq istəyirik ki, saxta məlumatları tirajlayanlar peşəkar olmadıqlarını nümayiş etdirir, insanlarda özləri haqqında qeyri-ciddi təəssürat yaradırlar", –deyə AMEA-nın mətbuat və informasiya şöbəsindən bildirilib.