logo

Qaxın İlisu kəndinə 15 sm-dək qar yağıb

10:58 22-03-2021 | icon 1813
Qaxın İlisu kəndinə 15 sm-dək qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit, yağışlı hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Martın 22-si gecə saatlarından başlayaraq bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.

YeniAvropa xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 10-15 santimetr təşkil edir.

Yağan qar sakinlər üçün problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir. Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.