Bu gün, martın 20-də , Bakı vaxtı ilə saat saat 13:37-də Azərbaycana bahar gəlib.
YeniAvropa xəbər verir ki, bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.
Qeyd edilib baharın gəlişi zamanı gecə-gündüz bərabərləşir.
“Həmin vaxt Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir”,-deyə məlumatda vurğulanıb.