logo

Toy və ad günlərinin keçirilməsinə yenə qadağa qoyuldu

17:59 19-03-2021 | icon 1736
Toy və ad günlərinin keçirilməsinə yenə qadağa qoyuldu

"Hazırda toyların bərpası məsələsi müzakirə edilmir".

YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində prezidentin köməkçisi Şahmar Mövsümov  jurnaslitlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə pandemiya səbəbindən ölkədə  toy mərasimləri keçirmək qadağandır.

Prezidentin köməkçisi qeyd edib ki, hazırkı yoluxma sayı ilə kütləvi tədbirlərin keçirilməsinə icazə verilə bilməz: “Hazırda ad günü keçirmək də qadağandır. Əgər kimsə bunu edirsə, o deməkdir ki, qaydaları pozur”.