logo

Bu gün  əfv olunanların 38 nəfəri  siyasi məhbusdur

18:48 18-03-2021 | icon 1533
Bu gün  əfv olunanların 38 nəfəri  siyasi məhbusdur

Bu gün  əfv olunmuş 625 nəfərin arasında 38 nəfər siyasi məhbus var.

YeniAvropa xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov məlumat verib.

Onun sözlərinə görə, onlardan 28 nəfəri  2015-ci ildə Nardaran qəsəbəsində baş vermiş iğtişaşlarla bağlı mühakimə olunanlardır. 

Azad edilənlərdən 4 nəfəri isə Xalq Cəbhəsi Partiyasının üzvləridir.

Bundan əlavə, 2018-ci ildə Gəncədə baş vermiş iğtişaşlar işi üzrə mühakimə olunmuş bir nəfər azad edilib.

Məktəbdə hicabın qadağan edilməsinə etiraza görə məhkum edilən İslam  Partiyası üzvlərindən biri azadlığa çıxıb.

Digər bir siyasi məhbus isə xaricdə yaşayan siyasi mühacir, teleaparıcı  Türkel Azertürkün qohumudur.