Azərbaycanın "İnterpol" xətti ilə axtarışa verdiyi iranlı iş adamı İstanbulda yaxalanıb.
YeniAvropa xəbər verir ki, iş adamı Fərzad Foroozanmehr İranda və Azərbaycanda inşaat sahəsində bir sıra saxtakarlıqlara görə axtarışda olub.
Azərbaycan polisi onun Türkiyədə ola biləcəyini nəzərə alaraq, "İnterpol" vasitəsilə Türkiyə təhlükəsizlik orqanları ilə əlaqə yaradıb.
O, İstanbul polisi tərəfindən Şişlidə yaxalanıb.
Fərzad Foroozanmehrin yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.