logo

Novruz xonçasından kimlər  uzaq durmalıdırlar? -VACİB MƏSLƏHƏT

09:50 17-03-2021 | icon 1918
Novruz xonçasından kimlər  uzaq durmalıdırlar? -VACİB MƏSLƏHƏT

Ötən axşam İlaxır çərşənbəni qeyd etdik.Bütün evlərdə dadlı, bəzəkli, şirniyyatlı Novruz xonçaları quruldu. Bu gündən baaşlayaraq təqribən 10 gün boyunca  böyükdən kiçiyə hər kəs o nemətlərdən dadacaq. Ta ki, Novruz tətili  bitənə kimi. Bəs yağlı, şəkərli, qoz, fındıqlı kalorili qoğal, şəkərbura,paxlava, çərəzlər orqanizmə necə təsir edir? Statistikaya görə, bayram günlərindən sonra təcili yardıma bəzi xroniki xəstəliklərin ağırlaşması səbəbindən müraciətlər çoxalır.

YeniAvropa xəbər verir ki,  "medicina.az" bununla bağlı araşdırma aparıb.Həmin araşdırmanı təqdim edirik:
Çox qısa müddətdə rasiona həddən artıq kalorili, şirin və allergik qidaların daxil olması orqanizmdə lipid, triqliserid, xolesterin, yağ, duz səviyyəsini dəyişir. Mədəyə, mədəaltı vəzə, ürəyə əlavə yük düşür, çəkidə artım vaş verir, qanda qlükoza səviyyəsi artır, allergenlər aktivləşir.
Bu insanlar şirniyyat və qoz-fındıqdan uzaq durmalı, sadəcə bayram xətrinə dadına baxmaqla kifayətlənməlidir:
- Şəkərli diabet xəstələri. I və II tip diabet
- Piylənmədən əziyyət çəkənlər
- Yüksək təzyiq xəstələri
- İnsult və infarkt keçirmiş insanlar
- Mədə xorası,qastriti olanlar
- Pankreatis – mədəaltı vəzi xəstəliyi olanlar
- Mədədə reflüks olanlar
- Xərçəng xəstəliyinin istənilən mərhələsi
- Ürəyində stend əməliyyatı olanlar
- Xolesteron və lipid səviyyəsi yüksək olanlar
- Dəri xəstəliyi və allergiyası olanlar
- Astma-bronxit xəstələri, pnevmoniya, öskürək
- Öd çatışmazlığı, öddə durğunluq olanlar
- Hepatit xəstələri
- Qaraciyərdə piylənmə
- Damarları tutulanlar, ateroskleroz
- İnsulin dirənci olanlar
- Hamilə qadınlar, südverənlər
- Körpə uşaqlar
- Allergiyası və diatezi olan uşaqlar
- Korona xəstələri
- Disbakterioz, ishal, kroon, kolit, bağırsaq xəstəliyi olanlar
- Qəbizlikdən əziyyət çəkənlər
 
Gün ərzində sağıam insan tərəfindən qəbul edilə biləcək şəkərin miqdarı 30-40 qramdan artıq olmamalıdır
Paxlava, şəkərbura, qoğal, qoz, fındıq normal insanlar günün birinci yarısı yeməlidir. Axşam bu qidaları qəbul etmək olmaz.
Novruz günlərində bu şirniyyatlara mədəni, beyini şəkər və karbohihratla doyurub, normal xörəklərə istək qalmır. Bu isə xroniki xəstəliklərə yol açır.
2-5 yaş arası uşaqlara gündə cəmi yarım ədəd şəkərbura və paxlava bəs edir.
Həddən artıq şirniyyat və un məmulatı qəbul etmək, şəkər xəstələrini komaya sala bilər.
Bayram yeməkləri və şirniyyat bir arada yeyilməməlidir.
Yeməklər arasında 3-5 saat fasilə olmalıdır
Axşama kimi adi su qəbulu artırılmalı, axşam qatıq yeyilməlidir.